Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Sivasspor” səfərdə aşağı liqa təmsilçisi “Bandırmaspor”la qarşılaşıb. Altı qolun qeydə alındığı oyun Super Liqa təmsilçisinin qələbəsiylə yekunlaşıb. Elita təmsilçilərinin duelində – “Hatayspor” və “Antalyaspor”un duelində qonaqlar inamlı qələbəyə seviniblər.

Bu mövsüm Super Liqada uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Trabzonspor” isə “Dənizlispor”un qonağı olub. Trabzonlular da çətin qələbə sayəsində 1/4 finala yüksəliblər.

Xatırladaq ki, ilk oyun günündə “Qaziantep”, “Fatih Karagümrük” və “Kayserispor” da 1/4 finala vəsiqə qazanmışdı.

Türkiyə kuboku
1/8 final
8 fevral

Kasımpaşa – Qaziantep 1:2
Qol: Oanes, 31 – Fiqeyredo, 42. Maksim, 81.

Fatih Karagümrük – Konyaspor 5:4
Qol: L.Mərcan, 7. A.Musa, 28. Borini, 67; 80-pen. E.Mor, 101 – Koka, 11; 21-pün. Amilton, 60. M.Çağıran, 87.

Fənərbaxça – Kayserispor 0:1
Qol: R.Çivelek, 90+4.

9 fevral

Bandırmaspor – Sivasspor 2:4
Qol: L.Ayçiçek, 34. Landel, 54 – Qradel, 2; 45+3; 89. Appyadanqoye, 79.

Hatayspor – Antalyaspor 0:2
Qol: Nado, 83. Rayt, 87.

Dənizlispor – Trabzonspor 1:2
Qol: M.Cecenoğlu, 58 – H.Türkmən, 8. Kouassi, 77.

10 fevral

18:30. Alanyaspor – Adana Dəmirspor
21:30. Beşiktaş – Göztəpə

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp