Futbol üzrə İngiltərə Premyer Liqasında 24-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Norviç Siti” – “Kristal Pelas”, həmçinin altı qolluq “Aston Villa” – “Lids” matçlarında qalib müəyyənləşməyib.

“Tottenhem” – “Sauthempton” matçı da məhsuldar alınıb. London təmsilçisi doğma meydanda gözlənilməz məğlubiyyətlə üzləşib.

Lider “Mançester Siti” isə “Brentford”la üz-üzə gəlib. “Şəhərlilər” bu dəfə də inamlı qələbəyə seviniblər.

Bu tur keçirilməli olan “Çelsi” – “Brayton” matçı “zadəganlar”ın klublararası dünya çempionatındakı iştirakı ilə əlaqədar başqa vaxta təxirə salınıb.

İngiltərə Premyer Liqası
24-cü tur
8 fevral

Vest Hem – Uotford 3:1
Qol: Holqeyt, 37-öz qapısına. Freyzer, 56. Trippyer, 80 – Lassels, 36-öz qapısına.

Nyukasl – Everton 1:0
Qol: Bouen, 68.

Bernli – Mançester Yunayted 1:1
Qol: X.Rodriqes, 47 – Poqba, 18.

9 fevral

Norviç Siti – Kristal Pelas 1:1
Qol: Pukki, 1 – Zaha 60.

Mançester Siti – Brentford 2:0
Qol: Mahrez, 40. De Bruyne, 69.

Tottenhem – Sauthempton 2:3
Qol: Bednarek, 18-öz qapısına. Son, 70 – Broxa, 23. M.Elyunussi, 79. Adams, 82.

Aston Villa – Lids 3:3
Qol: Koutinyo, 30. Remsi, 38; 43 – D.Ceyms, 9; 45+2. Lyorente, 63.

10 fevral

23:45. Vulverhempton – Arsenal
23:45. Liverpul – Lester Siti

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp