“Qarabağ”ın qapıçısı Emil Balayev Qazaxıstanın daha bir klubunun diqqət mərkəzinə düşüb.

Futbolinfo.az “meta-ratings.kz” saytına istinadən xəbər verir ki, “Turan” 28 yaşlı qapıçı ilə maraqlanır.

Hətta Premyer Liqa təmsilçisinin Balayevlə danışıqlara başladığı da iddia olunur. Komandanın baş məşqçisi Vladimir Qazzayev yeni qapıçı axtarır və Balayevi heyətdə görmək istəyir. Emil 2019-cu ildə “Tobol”da Qazzayevin rəhbərliyi altında çıxış edib.

Emil Balayevi Qazaxıstanın digər klubu “Aktobe” də heyətinə qatmaq istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp