Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Nurlan Novruzov Nepal çempionu olub.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu bu uğura “Maçhindra” komandasının heyətində imza atıb.

Sözügedən komanda sona iki tur qalmış “Satdobato”nu 1:0 hesabı ilə üstələyib. Novruzov qarşılaşmada qələbə qoluna imza ataraq komandasını çempion edib.

Millimizin sabiq üzvü çempionluq matçından sonra bunları söyləyib: “Sadəcə, xoşbəxtəm. Çempion olduq və titul qazandıq. Çempion olduğum üçün çox məmnunam. Komandada yaxşı və şən vaxt keçirdik. Fikrimcə, bir ailə olmağı bacardıq”.

Novruzov 2021-ci ildən bu komandanın formasını geyinir. O, daha əvvəl Nepalda “Lalitpur Siti”nin şərəfini qoruyub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp