UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubu ilə ilk matç “Liverpul”un futbolçusu Ceyms Milner üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu görüşün 86-cı dəqiqəsində meydana daxil olmaqla karyerasında 800-cü oyuna çıxıb. O, “Liverpul”da 275, “Mançester Siti”də 203, “Nyukasl”da 136, “Aston Villa”da 126, “Lids”də 54, “Suindon Taun”da isə 6 oyun keçirib.

Hesablamalara görə, Milner 20 illik peşəkar karyerası ərzində mövsümdə orta hesabla 40 matça çıxır.

“Liverpul” “İnter”ə 2:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu martın 8-də İngiltərədə baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp