Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “İnter” komandası ilə ilk matç “Liverpul”un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, 54 yaşlı mütəxəssisin komandası bu görüşdə 2:0 hesabı ilə qalib gəlib.

Beləliklə, Klopp ÇL-də 50-ci qələbəsinə sevinib. O, qitənin ən nüfuzlu klub turnirində 50 qələbə səddinə çatan ilk almaniyalı mütəxəssisə çevrilib.

Bütövlükdə isə Klopp ÇL-də ən çox qalib gələn çalışdırıcılar arasında 8-ci yerə yüksəlib. Bu göstəricidə rekord “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Feryussona məxsusdur (102 qələbə). Karlo Ançelotti 2-ci (94), Pep Qvardiola 3-cü (91), Arsen Venger 4-cü (86), Joze Mourinyo 5-ci (81), Lui van Qal 6-cı (57), Rafael Benites isə 7-cidir (53).

“Liverpul” və “İnter” arasındakı cavab matçı martın 8-də İngiltərədə keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp