Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu ada Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe layiq görülüb.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 24 yaşlı fransalı forvard səsvermədə Bernardo Silva (“Mançester Siti”), Məhəmməd Kamara (“Zalsburq”) və Vircil Van Daykı (“Liverpul”) geridə qoyub.

PSJ 1/8 finalda İspaniya “Real”ına qarşı keçirdiyi ilk oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. Parisdə baş tutan bu oyundakı yeganə qolu oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Kilian Mbappe vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp