Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında debüt edib.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu İspaniyada “Sevilya”ya qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda meydana daxil olub.

Mahir 58-ci dəqiqədə Deni Yuriçi əvəzləyib. Lakin o, komandasının 1:3 hesablı məğlubiyyətlə üzləşdiyi oyunda fərqlənə bilməyib. Qarşılaşmadakı bütün qollar ilk yarıda vurulub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp