Fransanın “Olimpik” (Marsel) komandasının yarımmüdafiəçisi Dmitri Payet Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 3:1 hesablı qələbəyə sevindikləri oyundan sonra bunları söyləyib:

“Rəqib buraya nəticə qazanmaq üçün gəlmişdi. İkili mübarizələrdə daha yaxşı oynaya bilərdik. Ancaq ilk növbədə kiçik hesablı qələbəni təmin etmək lazım idi ki, bunu da bacardıq”.

Komandasının 3-cü qolunun müəllifi olan Payet, meydana sonradan çıxmasına da münasibət bildirib:

“Bir az nəfəs almaq mənim üçün çox faydalı oldu. Bu da az oynayanlar üçün şərait yaratdı. Hər kəsə ehtiyacımız olacaq. Ona görə də, hamımız eyni səviyyədə olmalıyıq”.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşünə saat 21:45-də start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp