“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev UEFA Konfrans Liqasında ən çox top qazanan ikinci futbolçudur.

Futbolinfo.az xəbər verir ki, “köhlən atlar”ın kapitanı turnirin əsas mərhələsində keçirdiyi 7 oyunda 59 dəfə topu qazanmağa nail olub.

33 yaşlı futbolçu Çexiya “Yablonets”indən Yaroslav Zelenidən (61) geri qalır. Amma “Yablonets” artıq qrup mərhələsində mübarizəni dayandırıb. Belədə, Medvedevin Fransanın “Olimpik” (Marsel) komandası ilə cavab matçında Zelenini keçmə şansı yaranıb.

Rəqiblərindən 50 dəfə top alan “Qarabağ”ın digər müdafiəçisi Kevin Medina isə bu göstəricidə 4-cüdür.

Ümumilikdə, “Qarabağ” topa sahib olmada 59,6 faizlə 4-cü, qapıya zərbələrdə (112) 3-cü, top qazanmada isə (275) 4-cü yerdədir.

“Qarabağ” pley-off mərhələsinin ilk oyununda Fransada Marsel “Olimpik”inə 1:3 hesabı ilə uduzub. Cavab oyunu bir həftə sonra Bakıda baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp