SOCAR-dakı məlum dəyişikliklər futbol təsərrüfatına sirayət etməyə başlayıb. AFFA prezidenti Rövnəq Abdullayevin bu qurumdan göndərilməsi, ardınca iqtisadiyyat nazirinə müavin təyin edilməsi ilə neft şirkətindən ayrılan maliyyənin dayanması eyni vaxta təsadüf edib. AFFA-nın ana sponsoru maliyyə öhdəliklərini yerinə yetirmir.

Birbaşa AFFA-dan maliyyələşən klublar bunun fəsadını daha çox hiss edir. “Keşlə”, “Qəbələ” və “Səbail”də maaşlar yubanır, müxtəlif ödəmələr gecikdirilir. SOCAR-dan AFFA-ya gedən pullara blok qoyulub və hazırda araşdırma aparılır. Bunu yeni rəhbərlik edir. Onlar Abdullayevin vaxtında heç bir maliyyə sıxıntısı çəkməyən qurumda ödənişlərin istiqamətini araşdırır.

Belə maliyyə yoxlamaları gözlənilən idi. Rövnəq Abdullayevin gedişindən sonra AFFA-nın çək-çevirə salınması tam təbiidi, illərdi belə görmüşük. Maliyyənin düzgün xərclənməməsi, vəsaitin havaya sovrulması, cibdən-cibə yönəldilməsi barədə mətbuat illərdi yazır. Görünür, SOCAR-ın yeni idarəçiləri araşdırmaya başlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp