Fransanın “Olimpik” (Marsel) komandasının hücumçusu Arkadiuş Milik Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 3:1 hesablı qələbəyə sevindikləri və dubla imza atdığı oyundan sonra sosial şəbəkə hesabında bunları qeyd edib:

“Bu, mənim ən yaxşı oyunum deyildi. Növbəti mərhələyə vəsiqə baxımından yaxşı qələbə qazandıq”.

Bu komandalar arasında fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşünə saat 21:45-də start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp