“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində ötən gün Marsel “Olimpik”i ilə Fransada keçirilən oyun (1:3) zamanı baş verən erməni təxribatına görə UEFA-ya müraciət edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi bildirib ki, tribunadakı Ermənistan bayraqlarına görə UEFA nümayəndəsinə və Marsel klubunun əməkdaşlarına şifahi şəkildə etiraz bildirilib. “Qarabağ” yazılı şikayətini yaxın günlərdə edəcək.

“Qarabağ”la Marsel “Olimpik”i arasındakı cavab oyunu fevralın 24-də Bakıda olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp