Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

“Vest Hem” – “Nyukasl” matçında qalib müəyyənləşməyib. “Aston Villa” evdə “Uotford”a, “Brayton” isə “Bernli”yə məğlub olub. “Sauthempton” “Everton” üzərində inamlı qələbəyə sevinibsə, “Arsenal” “Brentford”u məğlub yola salıb.

“Liverpul” doğma meydanda “Norviç Siti”yə qalib gəlib. Səfərdə “Kristal Pelas”la qarşılaşan “Çelsi” də turu qələbə ilə başa vurub.

Turun mərkəzi oyununda lider “Mançester Siti” ”Tottenhem”i sınağa çəkib. Beş qolun qeydə alındığı bu görüş “şəhərlilər”in məğlubiyyəti ilə başa çatıb.

İngiltərə Premyer Liqası
26-cı tur
19 fevral

Vest Hem – Nyukasl 1:1
Qol: Dauson, 32 – Uillok, 45+1.

Arsenal – Brentford 2:1
Qol: Smit Rou, 48. Saka, 79 – Norqaard, 90+3.

Aston Villa – Uotford 0:1
Qol: Dennis, 78.

Brayton – Bernli 0:3
Qol: Veqorst, 21. Braunhill, 40. Lennon, 69.

Kristal Pelas – Çelsi 0:1
Qol: Ziyeş, 89.

Liverpul – Norviç Siti 3:1
Qol: Mane, 64. Salah, 67. L.Dias, 81 – Raşiça, 48.

Sauthempton – Everton 2:0
Qol: Armstronq, 52. Lonq, 84.

Mançester Siti – Tottenhem 2:3
Qol: İ.Gündoğan, 33. Mahrez, 90+2-pen – Kuluşevski, 4. Keyn, 59; 90+5.

20 fevral

18:00. Lids – Mançester Yunayted
20:30. Vulverhempton – Lester Siti

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp