Futbol üzrə Almaniya Bundesliqasında 23-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.

“Ştutqart” – “Bohum” matçında qalib müəyyənləşməyib. “Arminiya” “Union Berlin”i, “Köln” isə “Ayntraxt”ı məğlub yola salıb.

“Auqsburq” doğma meydanda “Frayburq”a, “Volfsburq” isə “Hoffenhaym”a uduzub.

Ötən tur məğlubiyyətlə üzləşən “Bayern” autsayder “Qroyter”i qəbul edəcək. Dortmund “Borussiya”sının bu turdakı rəqibi isə Mönxenqladbax “Borussiya”sı olacaq.

Almaniya Bundesliqası
23-cü tur
18 fevral

Maynts – Bayer 3:2
Qol: Martin, 57. Boetiuus, 84. İnqvartsen, 88 – Şik, 35. Alario, 74.

19 fevral

Arminiya – Union Berlin 1:0
Qol: Okuqava, 53.

Auqsburq – Frayburq 1:2
Qol: Qreqoritş, 16 – Petersen, 4. Şlotterbek, 26.

Volfsburq – Hoffenhaym 1:2
Qol: Vind, 36 – Larsen, 73. Kramariç, 78.

Ştutqart – Bohum 1:1
Qol: Bella, 56-öz qapısına – Louen, 90+4-pen.

Köln – Ayntraxt 1:0
Qol: Modeste, 84.

20 fevral

18:30. Bayern – Qroyter
20:30. Borussiya (Dortmund) – Borussiya (Mönxenqladbax)
22:30. Herta – Leypsiq

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp