Bakıda “Qarabağ” və Fransanın “Olimpik” (Marsel) komandaları arasında keçiriləcək Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa bilet satışı dayandırılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sistemdə aparılan yeniləmə işlərinə görə, matça bilet satışı bu gün ərzində baş tutmayacaq. Fevralın 21-i saat 11:00-dan isə biletlər yenidən satışda olacaq.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpik” matçına saat 21:45-də start veriləcək. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp