Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov bu gün Birləşmiş Ərəb Əmirlikləri yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Aprel ayında Bosniya və Herseqovina və Danimarkaya qarşı iki vacib oyunumuz var. UEFA-nın ayırdığı pəncərədən istifadə edərək iki yoldaşlıq oyunu keçirmək istədik. Oyun təcrübəsi qazanmaq baxımından bu oyunlar əhəmiyyət kəsb edir. Məqsədimiz rəsmi oyunlaradək tam hazır olmaqdır.

Bir həftədən çoxdur təlim-məşq toplanışına başlamışıq. Sevindirici haldır ki, milli üzvləri öz komandalarının heyətlərində mütəmadi oynayırlar, oyun təcrübəsi qazanırlar. Düşünürəm ki, bu oyunlar qarşıdakı rəsmi qarşılaşmalarda bizə çox kömək edəcək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp