Futbol üzrə Xorvatiya çempionatında 24-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda paytaxtın digər təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. Zaqreblilər bu oyundan qolsuz ayrılıblar – 0:0.

Mahir bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Dinamo” hazırda 50 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp