Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Mançester Yunayted” səfərdə “Lids”lə qarşılaşıb. Altı qolun qeydə alındığı bu oyunda “qırmızı şeytanlar” inamlı qələbəyə seviniblər.

“Vulverhempton” isə doğma meydanda “Lester Siti” ilə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu oyunda isə meydan sahibləri qələbə qazanan tərəf olub.

İngiltərə Premyer Liqası
26-cı tur
19 fevral

Vest Hem – Nyukasl 1:1
Qol: Dauson, 32 – Uillok, 45+1.

Arsenal – Brentford 2:1
Qol: Smit Rou, 48. Saka, 79 – Norqaard, 90+3.

Aston Villa – Uotford 0:1
Qol: Dennis, 78.

Brayton – Bernli 0:3
Qol: Veqorst, 21. Braunhill, 40. Lennon, 69.

Kristal Pelas – Çelsi 0:1
Qol: Ziyeş, 89.

Liverpul – Norviç Siti 3:1
Qol: Mane, 64. Salah, 67. L.Dias, 81 – Raşiça, 48.

Sauthempton – Everton 2:0
Qol: Armstronq, 52. Lonq, 84.

Mançester Siti – Tottenhem 2:3
Qol: İ.Gündoğan, 33. Mahrez, 90+2-pen – Kuluşevski, 4. Keyn, 59; 90+5.

20 fevral

Lids – Mançester Yunayted 2:4
Qol: Rodriqo, 53. Rafinya, 54 – Maquayr, 34. B.Fernandes, 45+5. Fred, 70. Elanqa, 88.

Vulverhempton – Lester Siti 2:1
Qol: Neves, 9. Podense, 66 – Lukman, 41.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp