Futbol üzrə Almaniya Bundesliqasında 23-cü tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Ötən tur məğlubiyyətlə üzləşən “Bayern” bu dəfə autsayder “Qroyter”i qəbul edib. Münhen təmsilçisi bu oyunda darmadağınla qalib gəlib.

Dortmund “Borussiya”sının bu turdakı rəqibi Mönxenqladbax “Borussiya”sı olub. Bu oyunda da meydan sahibləri darmadağına seviniblər.

Turun son matçı isə “Herta” ilə “Leypsiq” arasında baş tutub. Yeddi qolun qeydə alındığı bu görüşdə isə qonaqlar böyük hesabla qələbə qazanıblar.

Almaniya Bundesliqası
23-cü tur

18 fevral

Maynts – Bayer 3:2
Qol: Martin, 57. Boetiuus, 84. İnqvartsen, 88 – Şik, 35. Alario, 74.

19 fevral

Arminiya – Union Berlin 1:0
Qol: Okuqava, 53.

Auqsburq – Frayburq 1:2
Qol: Qreqoritş, 16 – Petersen, 4. Şlotterbek, 26.

Volfsburq – Hoffenhaym 1:2
Qol: Vind, 36 – Larsen, 73. Kramariç, 78.

Ştutqart – Bohum 1:1
Qol: Bella, 56-öz qapısına – Louen, 90+4-pen.

Köln – Ayntraxt 1:0
Qol: Modeste, 84.

20 fevral

Bayern – Qroyter 4:1
Qol: Levandovski, 46; 82. Qrisbek, 61-öz qapısına. Şupo-Motinq, 90+1 – Hrqota, 42.

Borussiya (Dortmund) – Borussiya (Mönxenqladbax) 6:0
Qol: Roys, 26; 82. Malen, 32. Volf, 70. Mukoko, 74. E.Can, 90+1.

Herta – Leypsiq 1:6
Qol: Yovetiç, 48 – Henriks, 20. Nkunku, 64; 67. Olmo, 75. Haydara, 82. Poulsen, 89.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp