Premyer Liqada 16-cı turun baş tutan bütün oyunlarında meydan sahibləri qələbə qazanıb.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ” “Səbail”i, “Zirə” “Sabah”ı eyni – 2:0, “Neftçi” isə “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib. Turun təxirə salınan “Qarabağ” “Sumqayıt” görüşü isə mayın 12-nə təxirə salınıb.
Bu, baş tutan bütün matçlarında meydan sahiblərinin qalib gəldiyi ilk turdur. Ölkə çempionatında sonuncu belə hadisə 2018-ci ilin oktyabrında yaşanıb. 2018/19 mövsümünün 7-ci turunda qonaqlar xal qazanmayıb. 3 il 4 ay, yəni 40 ay öncə də indiki kimi bir matç təxirə salınıb, digər üç qarşılaşmada meydan sahibləri qələbə əldə edib.