İngiltərə millisinin keçmiş futbolçusu Cek Uilşirin klubsuz günləri başa çatıb.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını Danimarkada davam etdirəcək.
“Arsenal”ın keçmiş futbolçusu “Orhus” klubuna keçib. O, yeni klubu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.
Uilşirin son klubu “Bornmut” olub. 2021-ci ilin yayında Çempionşip təmsilçisindən ayrılan futbolçu həmin vaxtdan etibarən klubsuz idi. İngiltərə yığmasının üzvü “Bolton” və “Vest Hem” klublarının da formasını geyinib.