“Qol vurmaq üçün yaxşı vəziyyətlərimiz var idi. Ancaq düzünü deməliyik, bu axşam əla oyun keçirmədik”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Marsel”in futbolçusu Matteo Genduzi Fransa Liqa 1-in son turunda “Klermon”la keçirilən oyundan sonra “Lephoceen” nəşrinə açıqlamasında deyib.
22 yaşlı yarımmüdafiəçi evdə 0:2 hesabı ilə uduzduqları oyun haqda danışarkən UEFA Konfrans Liqasının 1/16 finalında “Qarabağ”la keçiriləcək cavab matçına da toxunub:
“Sadəcə, yaxşı oynamadıq. “Klermon”un bura qələbə üçün gəldiyini gördük. Etiraf etmək lazımdır ki, çox şansları yox idi, amma qapı qarşısında təhlükəli idilər. Özümüzü toparlamalı, əvvəlcə “Qarabağ”a qalib gəlməliyik. Sonra bizi çətin “Trua” səfəri gözləyir”.
Fransada keçirilən ilk oyunda “Marsel” “Qarabağ”a 3:1 hesabı ilə qalib gəlib. Komandaların cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.