Futbol üzrə İtaliya A Seriyasında 26-cı tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Kalyari” ilə qarşılaşan “Napoli” xal itkisi ilə üzləşib. Üç qolun qeydə alındığı “Bolonya” – “Spetsiya” matçı isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası
26-cı tur
18 fevral

Yuventus – Torino 1:1
Qol: De Liqt, 13 – Belotti, 62.

19 fevral

Sampdoriya – Empoli 2:0
Qol: Kvalyarella, 14; 29.

Roma – Verona 2:2
Qol: Volpato, 65. Bove, 84 – Barak, 5. Tameze, 20.

Salernitana – Milan 2:2
Qol: Bonatsoli, 29. Dyuriç, 72 – Messias, 5. Rebiç, 77.

20 fevral

Fiorentina – Atalanta 1:0
Qol: Pyontek, 56.

Venetsiya – Cenoa 1:1
Qol: Henri, 13 – Ekuban, 29.

İnter – Sassuolo 0:2
Qol: Raspadori, 8. Skamakka, 26.

Udineze – Latsio 1:1
Qol: Deulofeu, 5 – Anderson, 45.

21 fevral

Kalyari – Napoli 1:1
Qol: C.Pereyro, 58 – Osimhen, 87.

Bolonya – Spetsiya 2:1
Qol: Arnautoviç, 40; 84 – Manaj, 11.

Shares: