Fransanın “Olimpik” (Marsel) klubu Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı “Qarabağ”la cavab oyunundan əvvəl doğma meydanda son məşqinə çıxıb.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Tvitter” hesabında Bubakar Kamara və Leonardo Balerdinin məşqdən fotosunu paylaşıb.
Paylaşımda “Qarabağ” – “Marsel” oyunu hər kəsin ağlındadır” yazılıb.
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub. “Marsel” Bakıya bu gün yola düşəcək.