Rusiya Premyer Liqasında çıxış edən “Ximki” baş məşqçisi İqor Çerevçenkonu istefaya göndərib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çerevçenko ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onunla birlikdə köməkçiləri də klubdan gedib.
“Ximki” Premyer Liqada 18 oyundan sonra 14 xalla sonuncu – 16-cı pillədə qərarlaşıb.
Bu komandada əslən azərbaycanlı futbolçu İlya Sadıqov da çıxış edir.