İtaliyanın “Roma” klubu komandada icarə əsasında çıxış edən Ensli Meytlend-Naylzın transfer hüquqlarını satın almayacaq.

Futbolinfo.az “calciomercato”ya istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi “Roma” ilə icarə müqaviləsi bitdikdən sonra “Arsenal”a qayıdacaq.

“Canavarlar” 24 yaşlı futbolçunun transfer hüquqlarını almayacaqlar. Naylzın oyunu klub rəhbərliyini qane etməyib.

Shares: