İtaliyanın “Roma” komandasının baş məşqçisi Joze Mourinyo iki oyunluq cəzalandırılıb.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis iki oyunluq cəzalandırılmaqla yanaşı, 20 min avro cərimə də olunub.

Buna onun A Seriyası çərçivəsində baş tutan “Verona” ilə matçdan sonra görüşün baş hakimi Luka Parettonun ünvanına ittihamlar səsləndirməsi səbəb olub. Bundan əlavə o, matçın gedişində referinin qərarlarına kəskin etirazı səbəbindən qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb.

“Roma” – “Verona” matçı 2:2 hesabı ilə başa çatıb.

Shares: