İtaliyanın “Yuventus” klubunun futbolçusu Ueston Makkenni mövsümün sonunadək sıradan çıxıb.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Vilyarreal”la UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda zədələnib.
Futbolçu 81-ci dəqiqədə əvəzlənib və xəstəxanaya aparılıb. Makkenninin sol ayağının iki sümüyündə sınıq aşkarlanıb.
“Vilyarreal” – “Yuventus” matçı 1:1 hesabı ilə başa çatıb.