“Çox mübahisəli oyunlarımız oldu. Nəticələr də yaxşı alınmadı”. Bunu futbolinfo.az-a açıqlamasında “Keşlə”nin braziliyalı futbolçusu Felipe Santos deyib.

O, komandanın uğursuz nəticələrindən danışıb: “Qarşıda çox sayda oyunumuz var. Biz öz dəyərimizi göstərməliyik. Futbol dinamik oyundur və hər şey anidən dəyişə bilər. Biz bütün vəziyyəti dəyişmək istəyirik. Durumu dəyişmək çətin olacaq, amma mümkünsüz deyil”.

Santos mətbuatda kirayə qaldığı evdən borca görə çıxarılmasına da münasibət bildirib: “Belə bir şey yoxdur. Hazırda əvvəldən qaldığım evdəyəm. Bu xəbərin necə ortaya çıxdığını da bilmirəm”.

Shares: