Böyük Britaniyanın xarici işlər naziri Liz Trass futbol üzrə Çempionlar Liqasının finalını boykot etməyə çağırıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, o, İngiltərə klublarının Sankt-Peterburqdakı oyunu Rusiya – Ukrayna münaqişəsinə görə boykot etməli olub-olmaması ilə bağlı sualı cavablandırıb:
“Bəli. Mən onların yerində olsaydım, final oyununu boykot edərdim. Şəxsən mən Vladimir Putin rejiminin etdiklərini nəzərə alsaq, Sankt-Peterburqdakı oyunda iştirak etmək istəməzdim”.
Çempionlar Liqasında cari mövsümün final matçı mayın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.