“Fənərbaxça” Konfrans Liqasının 1/16 finalının “Slaviya” (Çexiya) ilə cavab oyununa ciddi itkilərlə çıxacaq.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “bülbüllər”in oyun üçün iştirak ərizəsinə 4 futbolçunun adı daxil edilməyib.

Komandanın kapitanı Məsut Özil, Luis Qustavo və Filip Novak zədə səbəbindən Praqa səfərinə yollanmayacaq. Miha Zayç isə cəzalı durumda olduğundan, sabahkı oyunu buraxacaq.

“Slaviya” – “Fənərbaxça” matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İstanbuldakı ilk oyun “Slaviya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Shares: