Marsel “Olimpik”inin (Fransa) baş məşqçisi Xorxe Sampaoli Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl açıqlama verib.

Futbolinfo.az “Ledauphine” nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, bu oyunun fərqli təcrübə olacağını deyib:

“Bu oyun hər kəs üçün fərqli təcrübə olacaq. Bu matça hazır olmalıyıq. Vaxt azlığı səbəbindən hər təfərrüat nəzərə alınacaq”.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.

Shares: