Futbol üzrə Kosovo millisinin yeni baş məşqçisi bəlli olub.

Futbolinfo.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Fransa yığmasının sabiq futbolçusu Alen Jiress çalışdıracaq.

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. 70 yaşlı mütəxəssislə 2023-cü ilin noyabrınadək müqavilə imzalanıb. Təcrübəli baş məşqçi bu vəzifədə Bernar Şallandı əvəzləyib.

1984-cü ildə Fransa seçməsinin heyətində Avropa çempionu olmuş Alan Jiress Gürcüstan, Qabon, Mali, Seneqal və Tunis yığmalarına da başçılıq edib.

Shares: