AFFA tərəfindən Mingəçevirdə Şimal-Qərb zonasından olan hakimlər üçün seminar təşkil olunub.

Futbolinfo.az xəbər verir ki, Hakimlər Komitəsinin üzvü Anar Salmanov Mingəçevir, Zaqatala, Qax, Tovuz, Gəncə, Qəbələ və Şəkidən olan hakimlərə nəzəri və praktiki məşğələlər keçib.

Seminarda hakimlikdə tətbiq edilən yeni oyun qaydaları izah olunub, gənc hakimlərin sualları cavablandırılıb.

Shares: