AFFA İntizam Komitəsi ölkə kubokunun ¼ final mərhələsinin cavab oyunları üçün cəzaları bu gün açıqlasa, təəccüblənməyin. Nəticəsi maraqla gözlənilən qərarlar hamının başının “Qarabağ” – “Marsel” matçına qarışdığı bir zamanda daha az müzakirə olunar. Güman ki, qurum fürsəti boşa verməyəcək, hətta matça bir neçə saat qalarkən bu addımı atacaq.

AFFA ictimai təzyiqdən, müzakirələrdən ehtiyatlanır. Axı, xüsusilə “Sabah” – “Neftçi” matçındakı hakim səhvlərinin hesabatı verilməlidi. Bu, həmin oyundu ki, meydan sahiblərinin haqqı tapdanmışdı. Və bu, “Neftçi”yə kömək üçün edilməmişdi, assosiasiya tərəfindən “Sabah”a zərbə üçün düşünümüşdü. Rəqib hansı komanda olursa-olsun paytaxt klubu bu aqibəti yaşayacaqdı. AFFA bu komandanı büdrətməkdə, bir neçə gün öncə SOCAR prezidentliyindən nazir müavinliyinə endirilən Rövnəq Abdullayevin acığını çıxmalı, klubun sahiblərinə əzələ nümayiş etdirməli idi.

Həmin matçdan sonra kabinetlərdə çox davalar olub. İndi İntizam Komitəsi elə qərarlar verməlidi ki, incitdiklərinin könlünü oxşasınla, əksi qəbuledilməz olacaq. Amma bu da mümkünsüzdü, qırmızı vərəqələrə görə sanksiyalar tətbiq edilməli, “Sabah” cərimələnməlidi. Etməsələr, AFFA-nın sifarişi aşkara çıxacaq, etsələr, münaqişə daha da dərinləşəcək.

İntizam Komitəsinin ötən həftə baş tutan iclasında kubok matçlarını məhz buna görə “yaddan çıxmışdı”. Hakimlər Komitəsinin sədri Frits Stuxlikin sillələnməsi, amma faktın gizlədilməsi komitəyə qərar verməkdə mane olur.

Stuxlikə qarşı fiziki təzyiq təkcə hakim səhvlərinə görə deyil. Avstriyalı hamını bezdirib. Onun komitəyə bərbad rəhbərliyi bir yana, davranışı da ikrah doğurur. Təkcə bir faktı yazmaq kifayətdi – o, hazırda “Səbail”in hücumçusu Nikolas Raysellə YAŞAYIR. Məhz bu oyunçunun qısqanclığı üzündən dost hakimlərdən AYRILAN Frits indi onlarla da düşmən olub. AFFA-dakı mentaliteti fontan vuran rəhbərlik də hər şeydən xəbərdardı, lakin Stuxliki qorumaqla məşğuldular. Ümid edək ki, Masazırdakı sillə onları da ayıldar.

İntizam Komitəsinin qərarları AFFA-nın Stuxlikə münasibətini də özündə əks etdirəcək. Görək onu himayə edənlər yenə avstriyalını əzizləyəcəkmi?

Shares: