Futbol üzrə Ukrayna Premyer Liqası dayandırılıb.
Futbolinfo.az yerli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə hərbi vəziyyətin tətbiqi səbəb olub.
Ukrayna Premyer Liqası qış fasiləsindən sonra – fevralın 25-də bərpa olunmalı idi.
Dünən gecə saatlarında Rusiya qoşunları Ukraynanı işğal məqsədi ilə hücuma keçib.