Futbol üzrə Rusiya Premyer Liqasının fevralın 26-na nəzərdə tutulan 19-cu turunun oyunları təxirə salına bilər.

Futbolinfo.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında başlanan hərbi münaqişəyə görə Soçi, Krasnodar və Rostovdakı aeroportların fəaliyyəti dayandırılıb.

Hazırda Rusiya Futbol İttifaqı və Premyer Liqa rəhbərliyi qarşıdakı turla əlaqədar məsələlərin həllini müzakirə edir. Yaxın vaxtlarda yekun qərar veriləcək.

Rusiyanın başlatdığı müharibə ilə əlaqədar artıq Ukraynada futbol yarışları dayandırılıb.

Shares: