“Neftçi”nin qapıçısı Aqil Məmmədov dizindən əməliyyat olunub.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun baş həkimi Şaiq Zöhrablı “Neftçi”nin rəsmi saytına açıqlama verib. O, əməliyyatın uğurlu alındığını bildirib:

“Aqil noyabrda zədələnəndən sonra müalicə olunmuşdu. Lakin dekabrda ağrılar başladığına və şişmə olduğuna görə Bakıda əməliyyat olundu. Bununla belə, əməliyyatdan sonra diz oynağında ağrılar tam keçmədiyinə və şişkinlik davam etdiyinə görə Türkiyəyə – “Acıbadəm” klinikasına göndərildi. Orada professor, doktor Sinan Karaoğlu, doktor Bertan Cengiz və doktor Mehmet Çavuşun həyata keçirdiyi əməliyyatla təkrar olaraq diz oynağına girildi, yara nahiyəsi işlənildi”.

Zöhrablı, əməliyyatdan sonrakı ikinci gündə Məmmədovun vəziyyətinin yaxşı olduğunu və müalicəsinin davam etdiyini söyləyib:

“Aqilin təxminən iki aydan sonra fərdi hərəkətlərə başlaması planlaşdırılır”.

Shares: