Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku Rusiyanın Ukraynaya hücumu ilə bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis Kiyevdən getməyəcəyini bildirib:

“Ukraynada bütün idman tədbirləri 30 gün müddətinə dayandırıldı. Mən Kiyevdən getməyəcəm, Rumıniyaya qayıtmayacam, qorxaq deyiləm.

Ümid edirəm ki, axmaqların başlatdığı bu müharibə ən qısa zamanda dayandırılacaq. Mən heç vaxt müharibənin başlayacağını düşünməmişdim”.

Ukrayna Premyer Liqası ölkədə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar dayandırılıb.

Shares: