Avropa Parlamentinin deputatları UEFA-dan Çempionlar Liqasının finalını Rusiyanın Sankt-Peterburq şəhərindən almağ xahiş ediblər.
Futbolinfo.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Avropa Parlamentinin bir qrup deputatı UEFA-dan bu ilin may ayında Sankt-Peterburqda keçirilməli olan Çempionlar Liqasının finalının keçirilmə yerinin dəyişdirilməsini və beynəlxalq futbol yarışlarının təşkilatçılığında Rusiya şəhərlərini nəzərə almamağı xahiş edib. Bu barədə deputatların UEFA-ya ünvanladığı məktubda yazılıb:
“Biz sizi Sankt-Peterburq və Rusiyanın digər şəhərlərini beynəlxalq futbol yarışlarının keçiriləcəyi yer kimi nəzərdən keçirməyi dayandırmağa və ilk addım olaraq 28 may 2022-ci il tarixində keçiriləcək Çempionlar Liqasının finalı üçün alternativ məkan seçməyə çağırırıq”.
Dünən gecə saatlarında Rusiya qoşunları Ukraynanı işğal məqsədi ilə hücuma keçib.