MLS-də çıxış edən “İnter Mayami”nin futbolçusu Qonsalo İquayn PSJ-nin hücumçusu Lionel Messi barədə danışıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu, həmyerlisini MLS klublarından birində görməkdən şad olacağını bildirib:
“MLS irəliləməyə davam edən çox güclü bir çempionatdır. Düşünürəm ki, burda getdikcə daha çox böyük futbolçular olacaq. Ümid edirəm ki, Messi nə vaxtsa MLS-ə oynamağa gələcək. O, burda xoşbəxt olar”.
“İntter Mayami”nin sahibi İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhemdir.