Futbol üzrə Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Soçi” ilə qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Quliyev də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.
“Arsenal” geridə qalan 19 turda 19 xal toplayıb və 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.