“Neftçi”nin müdafiəçisi Mert Çelikin futbolinfo.az saytına müsahibəsi

  • “Neftçi” qış fasilsəsindən sonra “Qarabağ”a uduzsa da, kubokda mərhələ adladı, son matçda rahat qələbə qazandı…
  • Qalibiyyət seriyası yaxalamaq istəyirdik. Bunu bacardıq və kubokda mərhələ adladıq. “Keşlə” üzərində qalibiyyət də yaxşı oldu. Bizə yaraşanı etmişik.
  • “Qarabağ”a məğlubiyyət çempionluq yarışına mane olacaq?
  • Hələ də heç nə bitməyib. Son ana qədər mübarizə aparacağıq. Keçən il də belə etmişdik. Oyunları qazanıb nə olacağını birlikdə görəcəyik.
  • Azərbaycan Kubokunu qazana biləcəksiz?
  • Kuboku qazanmaq gücündəyik. Bunu istəyirik və hiss edirəm ki, kubok bizim olacaq.
  • “Sabah”la kubokdakı qalmaqallı matçdan sonra çempionatda üz-üzə gələcəksiz. Elə görünür ki, bu matç da çox gərgin keçəcək…
  • Biz sadəcə qələbə üçün meydana çıxacağıq. Matçda olanlar sadəcə orda qalır. Gərginliyin çox olacağını düşünmürəm.
  • Mövsümün fasiləsində sənə təkliflər var idi. “Başakşəhər”in səni yenidən heyətə qaytarmaq istədiyi deyilirdi. Bunlar nə dərəcədə doğru idi?
  • Düzdür, mənə gələn təkliflər var idi. Super Liqadan təkliflər gəlmişdi. Amma mövsümün sonuna qədər “Neftçi” ilə müqaviləm var. Ona görə də heç bir təklifə cavab vermədim. Mövsümün sonunda bu təkliflərlə bağlı danışıqlar aparacağam.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp