Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.

“Kristal Pelas” – “Bernli” matçında qalib müəyyənləşməyib. 7 oyundur məğlub olmayan “Mançester Yunayted” autsayder “Uotford”u qəbul edib. “Qırmızı şeytanlar” doğma meydanda 1 xalla kifayətlənməli olub.

“Brayton” evdə “Aston Villa”ya, “Brentford” isə “Nyukasl”a 2 cavabsız qolla uduzub. “Tottenhem” də səfərdə “Lids”ə 4 cavabsız qolla qalib gəlib. Lider “Mançester Siti” isə səfərdə “Everton”la qarşılaşıb. “Şəhərlilər” bu oyunda 3 xalı tək qolla qazanıblar.

İngiltərə Liqa kubokunun final oyunu ilə əlaqədar “Çelsi” – “Lester Siti” və “Arsenal” – “Liverpul” oyunları təxirə salınıb.

İngiltərə Premyer Liqası
27-ci tur

25 fevral

Sauthempton – Norviç Siti 2:0
Qol: Adams, 36. Romeu, 88.

26 fevral

Lids – Tottenhem 0:4
Qol: Doherti, 10. Kuluşevski, 15. Keyn, 27. Son, 85.

Brayton – Aston Villa 0:2
Qol: Keş, 17. Uotkins, 68.

Brentford – Nyukasl 0:2
Qol: Joelinton, 33. Uillok, 44.

Kristal Pelas – Bernli 1:1
Qol: Şlupp, 9 – Milivoyeviç, 46-öz qapısına.

Mançester Yunayted – Uotford 0:0

Everton – Mançester Siti 0:1
Qol: Foden, 82.

27 fevral

18:00. Vest Hem – Vulverhempton

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp