Futbol üzrə Almaniya Bundesliqasında 24-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.

“Qroyter” – “Köln” matçında qalib müəyyənləşməyib. Mönxenqladbax “Borussiya”sının “Volfsburq”la 4 qolluq matçı da heç-heçə bitib.

“Bayer” “Arminiya”nı, “Frayburq” “Herta”nı, “Union Berlin” “Maynts”ı məğlub yola salıb. Səfərdə “Ayntraxt”la qarşılaşan lider “Bayern” isə minimal hesabla qalib gəlib.

Münhen klubunun ən yaxın izləyicisi olan Dortmund “Borussiya”sı da bu tur “Auqsburq” səfərinə yollanacaq.

Almaniya Bundesliqası
24-cü tur
25 fevral

Hoffenhaym – Ştutqart 2:1
Qol: Baumqartner, 85; 90 – Endo, 58.

26 fevral

Borussiya (Mönxenqladbax) – Volfsburq 2:2
Qol: Turam, 42. Embolo, 82 – Vind, 6. Bornau, 33.

Bayer – Arminiya 3:0
Qol: Alario, 30. Dyabi, 57; 81.

Frayburq – Herta 3:0
Qol: Qrifo, 12-pen. Şade, 83. Holer, 86.

Qroyter – Köln 1:1
Qol: Qrisbek, 69 – Kaynts, 53.

Union Berlin – Maynts 3:1
Qol: Haraquçi, 8. Bekker, 56. Avoniyi, 75 – Burqzorq, 90.

Ayntraxt – Bayern 0:1
Qol: Sane, 71.

27 fevral

18:30. Bohum – Leypsiq
20:30. Auqsburq – Borussiya (Dortmund)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp