İtaliyanın “Roma” klubu futbolçusu Canluka Mançini ilə müqaviləni uzadacaq.

Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar” müdafiəçisi Mançini ilə müqaviləni uzatmaq barədə razılığa gəlib.

Yeni müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. Mançininin maaşı illik 3 milyon avro olacaq.

Mançini 2019-cu ilin sentyabrından “Roma”da çıxış edir.

Shares: