Azərbaycan Premyer Liqasının 17-ci turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Futbolinfo.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Bizi çətin səfər oyununun gözlədiyini bilirdik. “Sumqayıt” son pillələrdə qərarlaşmasına baxmayaraq, heyətində yaxşı futbolçuların cəmləşdiyi bir kollektivdir. Ağır oyuna hazırlaşmışdıq. Komanda görüşə ilk dəqiqədən dinamik və istədiyimiz formada yanaşdı. Ümumi götürəndə futbolçularımın çıxışından razıyam. İnanıram ki, qarşıdakı matçlarda daha da məzmunlu oyun nümayiş etdirəcəyik”.

Shares: