Rusiyanın “Spartak” (Moskva) klubu “Leypsiq”ə (Almaniya) qarşı Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununu Bakıda keçirə bilər.
Futbolinfo.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Zelyonov bildirib.
Onun sözlərinə görə, Bundesliqa təmsilçisi ilə matç üçün prioritet məkan Bakıdır: “Biz UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Həftənin əvvəlində məsələ ilə bağlı konkret məlumat alacağıq”.
Bu komandalar arasındakı ilk görüş martın 10-da Almaniyada olacaq. Cavab qarşılaşması isə martın 17-də keçirilməlidir. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə əlaqədar UEFA bu ölkənin yığma və klub komandalarına ev oyunlarını yalnız neytral meydanda keçirməyə icazə verir.