Futbol üzrə İngiltərə Liqa Kubokunun final oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda “Çelsi” və “Liverpul” komandaları üz-üzə gəlib.
Londondakı “Uembli” stadionunda baş tutan oyunun əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” kubokun qalibi olub – 11:10.
“Qırmızılar” 9-cu dəfədir İngiltərə Liqa Kubokunda qələbə sevinci yaşayır. Bununla da “Liverpul” turniri ən çox qazanan komandaya çevrilib. “Mançester Siti” 8 dəfə qalib olubsa, “Aston Villa”, “Mançester Yunayted” və bu dəfə finalda uduzan “Çelsi” hərəyə 5 dəfə Liqa Kubokunda çempionluq sevinci yaşayıb.